...

Bakıda “Mercedes” divara çırpılıb, sürücü ölüb

Hadisə Materials 13 Dekabr 2012 11:34 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda “Mercedes” markalı minik avtomobili divara çırpılıb.
Bakıda  “Mercedes” divara çırpılıb, sürücü ölüb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Mersedes" divara çırpılıb, sürücü ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili divara çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü - 1964-cü il təvəllüdlü Tofiq Həsən oğlu Zəkiyev hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Zəkiyevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti