Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir A.Tağıyeva /
Bu gün Egey dənizinin Türkiyəyə məxsus hissəsində Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "TRT Haber" telekanalı xəbər verir.
Türkiyə seysmik baxımdan aktiv zonada yerləşir və burada insan tələfatı ilə nəticələnən zəlzələlər tez-tez baş verir.