Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
İmişlidə təmir işləri aparan fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 26-da İmişli rayonu ərazisində "Elçin" şadlıq sarayında aparılan təmir işləri zamanı orada işləyən Eldar Fərəcovun üstünə beton plitə düşüb.
Fəhlə hadisə yerində ölüb.