...

Yeni ildə Peruda 30-a yaxın yeniyetmə həbsxanadan qaçıb

Hadisə Materials 2 Yanvar 2013 12:35 (UTC +04:00)
Perunun paytaxtı Limada yeniyetmələr üçün həbsxanada mühafizə xidmətinin Yeni ili qarşılamağa hazırlaşdıqları vaxt ən azı 27 məhbus üsyan edərək qaçmağa nail olub.
Yeni ildə Peruda 30-a yaxın yeniyetmə həbsxanadan qaçıb

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Perunun paytaxtı Limada yeniyetmələr üçün həbsxanada mühafizə xidmətinin Yeni ili qarşılamağa hazırlaşdıqları vaxt ən azı 27 məhbus üsyan edərək qaçmağa nail olub. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli hakimiyyətə istinadən xəbər verir.

Bir müddət əvvəl bildirildiyi kimi, əvvəlcə Yeni il axşamı 13 məhbus mühafizənin sayıqlığı itirməsindən istifadə edərək qaçıb. Daha 14 yeniyetmə isə 2013-cü ilin ilk günü, həbsxananın ərazisindən avtosisternin keçdiyi vaxt qaçmağa nail olub.

Prokuror Xorxe Sansın sözlərinə görə, artıq həmin şəxslərdən 8-ni saxlamaq mümkün olub.

Yerli polisin rəhbəri V.Qomesin sözlərinə görə, qaçışın təşkilatçısı 10-dan artıq qətl hadisəsi törətdiyinə görə cəza çəkən məhbus olub.

İnsidentin baş verdiyi həbsxana 370 məhbus üçün nəzərədə tutulsa da, bu gün orada minə yaxın dustaq saxlanılır. Hazırda mühafizəçilər arasında qaçanlarla əlbir olanların olub-olmadığı araşdırılır. Həbsxana əməkdaşlarının bir neçəsi işdən çıxarılıb, digərləri isə təhqiqat üçün başqa penitensiar müəssisəyə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti