Azərbaycan, Bakı, 4 yanvar/Trend/
Tacikistanın şimalında milis əməkdaşları sərhəd qoşunlarının zabitini 23 kiloqram xəşişə görə saxlayıblar. Trend-in məlumatına görə, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Mahmudullo Əsədulloyev RİA-Novosti-yə məlumat verib.
"Saxlanılan İxtier Nekkadamov Tacikistan sərhəd qoşunlarının hərbi hissəsinin hərbi hazırlıq üzrə baş zabitidir. Həmin hərbi hissə Qırğızıstan ilə sərhəd ərazidə yerləşir" , - o deyib.
Həmçinin, əməliyyatçılar daha əvvəl mühakimə edilən, Kanibadam rayonunun sakini Rəhim Qurbanovdan təqribən 4 kiloqram narkotik maddə ələ keçiriblər.
Mövcud faktlar üzrə cinatət işləri qaldırılıb, istintaq aparılır.
Sərhəd qoşunlarının zabiti 23 kiloqram narkotik maddəyə görə saxlanılıb