...

Bayram günləri Bakıda oğurluq etmiş Türkmənistan vətəndaşı saxlanılıb

Hadisə Materials 5 Yanvar 2013 13:12 (UTC +04:00)
Bayram günləri Bakıda oğurluq etmiş əcnəbi, həmçinin onun azərbaycanlı ortaqları tutulublar.
Bayram günləri Bakıda oğurluq etmiş Türkmənistan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir M.Əliyev/

Bayram günləri Bakıda oğurluq etmiş əcnəbi, həmçinin onun azərbaycanlı ortaqları tutulublar.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Hava Nəqliyyatında Polis İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il dekabrın 30-da Həsən Qocayevin evinə girib, onun oğlu Natiqə baş və əlindən dəmir parçası ilə xəsarət yetirib seyfdəki 3 min dollar, 7500 manat pulu və danışıq kartlarını aparmış Türkmənistan vətəndaşı Yusup Allanurov, Bakı şəhər sakinləri İbrahim Abuşev və Tural Quliyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti