Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Bakıda sərnişin avtobusu qəza törədib. Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində işləyən 2 saylı sərnişin avtobusu qəsəbə ərazisində minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Respublika Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, sərnişin avtobusu "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub, nəticədə bir nəfər ölüb.
Bakıda sərnişin avtobusu qəza törədib (ƏLAVƏ OLUNUB)