Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Pakistanın cənub-şərqindəki Kvetta şəhərində bilyard klubunda bir-birinin ardınca baş verən iki partlayış nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 114 nəfərə çatıb, onlarla yaralı var. Trend-in məlumatına görə, bu barədə cümə günü "İnterfaks" Sinqapurun "Çennel Nyus Eyja" telekanalına istinadən xəbər verib.
Bundan əvvəl 70 nəfərin öldüyü bildirilirdi.
İkinci partlayışın birincidən daha çox insan tələfatına səbəb olduğu güman edilir. Çünki birinci partlayışdan sonra hadisə yerinə çoxlu sayda polis və jurnalist gəlib. Həlak olanlardan biri birinci partlayışın nəticələrini lentə almağa gələn yerli telekanalın operatoru olub.