...

Azərbaycan əsgəri vəfat edib

Hadisə Materials 19 Yanvar 2013 10:25 (UTC +04:00)
Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri 1994-cü il təvəllüdlü, 2012-ci ilin oktyabr ayında SHXÇDX-nin Balakən rayon şöbəsindən hərbi xidmətə çağrılmış Xudulov Ramazan İsmayıl oğlu dünən axşam saat 21.45-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.
Azərbaycan əsgəri vəfat edib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri dünyasını dəyişib.

Müdafiə Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü, 2012-ci ilin oktyabr ayında SHXÇDX-nin Balakən rayon şöbəsindən hərbi xidmətə çağrılmış Xudulov Ramazan İsmayıl oğlu dünən axşam saat 21.45-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Bu ilin yanvar ayının 11-də səhhətində problemlər yaranan əsgər yerli hərbi hospitala köçürülüb.

O, üç gün sonra vəziyyəti ağırlaşdığına görə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına gətirilib. Səhiyyə Nazirliyi və Baş Klinik Hospitalın mütəxəssislərinin gərgin səylərinə baxmayaraq, əsgəri həyata qaytarmaq mümkün olmayıb.

Əsgər Xudulov virus+bakterial mənşəli, kəskin meninqoensefalit - ağır gedişli, serebral koma, beyin ödemi, pərçim sindromu və digər ağır diaqnozlu xəstəlik səbəblərinə görə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti