...

Ötən gün Azərbaycanda yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb

Hadisə Materials 19 Yanvar 2013 13:20 (UTC +04:00)
Yanvarın 18-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ötən gün Azərbaycanda yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Yanvarın 18-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 19 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti