...

FHN Bakıda yanacaq daşıyan maşında baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 26 Yanvar 2013 18:05 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda yanacaq daşıyan maşının aşması nəticəsində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN Bakıda yanacaq daşıyan maşında baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda yanacaq daşıyan maşının aşması nəticəsində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Səbail rayonunun Bibiheybət qəsəbəsi (Bakı-Salyan magistral avtomobil yolunun 10-cu kilometrliyi) ərazisində 1981-ci il təvəllüdlü Abdullayev Vüqar Fazil oğlunun idarə etdiyi "Mercedes" markalı xüsusi təyinatlı yanacaq daşıyan avtomobil aşıb. Nəticədə adıçəkilən avtomobildə güclü yanğın baş verib.

Yanğın nəticəsində tutumu 38 ton yanacaqla dolu avtoçənin yanar hissələri və çənin içərisində olan 24 ton Aİ-93, 14 ton Aİ-95 (ümumi 38 ton benzin) və ətrafa dağılmış 250 kv.m sahədə yanacaq yanıb.

Yanğının söndürülməsi zamanı sürücü Abdullayevin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yanmış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti