...

Saatlı sakini torpağı qazan zaman təhlükəli “xəzinə” tapıb

Hadisə Materials 28 Yanvar 2013 12:21 (UTC +04:00)
Saatlı rayonunun Qazanbatan kənd sakini Malik Сavadov tapdığı 1080 ədəd avtomat gülləsini təhvil verib
Saatlı sakini torpağı qazan zaman təhlükəli “xəzinə” tapıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Saatlı rayonunun Qazanbatan kənd sakini Malik Сavadov tapdığı 1080 ədəd avtomat gülləsini təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Saatlı rayonunun Qazanbatan kənd sakini Malik Сavadov iсarəyə götürdüyü torpaq sahəsini qazan zaman 1080 ədəd avtomat gülləsi tapıb. Cavadov güllələri könüllü olaraq polis şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırmaya başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti