Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/
2012-ci il avqustun 22-də Türkiyə vətəndaşının cibindən oğurluq etmiş şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il avqustun 22-də Türkiyə vətəndaşı Həsən Elkin Mustafa oğluna məxsus 250 manatı və mobil telefonu cibindən oğurlamış Lənkəran şəhər sakini Amil Tahirov tutulub.