...

Gəncədə baş verən avtoqəzada bir nəfər ölüb

Hadisə Materials 6 Fevral 2013 12:55 (UTC +04:00)
“NİVA” ilə “İkarus” toqquşdu, bir nəfər öldü.
Gəncədə baş verən avtoqəzada bir nəfər ölüb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

"NİVA" ilə "İkarus" toqquşdu, bir nəfər öldü.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 6-da saat 03.20 radələrəndə Gəncə şəhəri ərazisində, Goranboy rayon sakini Ramin Məmmədov "NİVA" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən şəhər sakini Emin Əliyevin idarə etdiyi "İkarus" markalı avtobusa vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti