...

Yol qəzasında 1 nəfər xəsarət alıb

Hadisə Materials 3 Mart 2013 05:27 (UTC +04:00)
Şamaxı rayonu, Mədrəsə qəsəbəsində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Yol qəzasında 1 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 3 mart /Trend/

Şamaxı rayonu, Mədrəsə qəsəbəsində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Nəticədə, sürücü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 01:10-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti