Azərbaycan, Bakı, 3 mart /Trend /
Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Trend Regional TV-yə istinadən məlumat verir ki, Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 8 yaşlı Siyəzən şəhər sakini Baladadaşova İlahə Oqtay qızı musiqi məktəbinə gedərkən avtomobil tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Ona ağır kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.