...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 9 Mart 2013 21:40 (UTC +04:00)
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində 9 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Sabirabad rayonu, Türkədi kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Balakən rayonu, Qaravəli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün eyni zamanda, Bərdə rayonu, Qaraqoyunlu kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti