...

İmişlidə yeməkxana yanıb, xəsarət alanlar var

Hadisə Materials 11 Mart 2013 14:10 (UTC +04:00)
İmişlidə yeməkxana yandı, iki nəfər xəsarət aldı. Trend Cənub TV-yə istinadən xəbər verir ki, İmişli rayonunda yanğın hadisəsi baş verib. Hadisə bazar günü saat 16 radələrində İmişli-Qaravəlli yolu üzərində yerləşən yeməkxanada qeydə alınıb. İlkin ehtimala görə, yanğına səbəb kafenin mətbəxində qaz sızması olub.
İmişlidə yeməkxana yanıb, xəsarət alanlar var

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 mart /Trend/

İmişlidə yeməkxana yanıb, iki nəfər xəsarət alıb. Trend Cənub TV-yə istinadən xəbər verir ki, İmişli rayonunda yanğın hadisəsi baş verib. Hadisə bazar günü saat 16 radələrində İmişli-Qaravəlli yolu üzərində yerləşən yeməkxanada qeydə alınıb. İlkin ehtimala görə, yanğına səbəb kafenin mətbəxində qaz sızması olub.

Yanğın zamanı yeməkxananın mətbəxi içərisindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Zeynalov Turqut Mübariz oğlu və 1969-cu il təvəllüdlü Hüseynov Gündüz Nüsrət oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti