...

Berezovski may ayından tez dəfn edilməyəcək

Hadisə Materials 28 Mart 2013 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart/Trend/

Boris Berezovskinin ölümünün səbəbinin təyin eilməsi üzrə britaniyalı pataloji anatomoya mütəxəssislərinin işi daha altı həftə davam edəcək. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Böyük Britaniyanın BBC radiostansiyasına istinadən məlumat verir.

"Bununla da Berezovskinin dəfn olunacağı ən yaxın tarix mayın əvvəlində ola bilər", - məlumatda qeyd edilir.

Bundan əlavə, Londonun "Guardian" qəzeti sahibkara yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, Berezovskidə qabırğa sınığı aşkar edilib.

"Lakin onun bədənində zorakılıq əlamətləri tapılmayıb" , - qəzet bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti