...

Bakıda “Nissan” iki piyadanı vurub, onlardan biri ölüb

Hadisə Materials 29 Mart 2013 12:30 (UTC +04:00)
Bakıda “Nissan” iki piyadanı vurub, onlardan biri ölüb.
Bakıda “Nissan” iki piyadanı vurub, onlardan biri ölüb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Bakıda "Nissan" iki piyadanı vurub, onlardan biri ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verəilən məlumata görə, martın 28-də saat 13:50 radələrində Nobel prospektində Oğuz rayon sakini Araz Abdullayev idarə etdiyi "Nissan-350Z" markalı avtomaşınla Biləsuvar rayon sakinləri Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurub.

Nəticədə Hüseynova hadisə yerində ölüb, Nuriyeva isə ağır xəsarətlərlə KTM-ə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti