...

Bakının mərkəzində baş vermiş yanğın söndürülüb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-7) (FOTO)

Hadisə Materials 29 Mart 2013 22:26 (UTC +04:00)
Bakı Metropoliteninin "28 May" stansiyasının arxasındakı bazarın yanında tikilməkdə olan hündürmərtəbəli binanın 4 mərtəbəsində yanğın baş verib.
Bakının mərkəzində baş vermiş yanğın söndürülüb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-7) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 20:47-də yayılıb)

Azərbaycan, Bakı, 29 mart /Trend, E. Mehdiyev/

Bakının mərkəzində baş vermiş yanğın söndürülüb. Bu barədə Trend-in hadisə yerində olan əməkdaşı məlumat verir. Xəsarət alanlar var.

Bakı şəhər təcili tibbi yardım stansiyasının hadisə yerində işləyən əməkdaşlarının Trend-ə verdiyi məlumata görə, bir neçə nəfər stress keçirib, yüngül zəhərlənib, ürəyi zəyif insanların halı pisləşib. Xəsarət alanlara lazımi tibbi yardım göstərilib.

Bakı Metropoliteninin "28 May" stansiyasının arxasındakı bazarın yanında tikilməkdə olan hündürmərtəbəli binanın 4 mərtəbəsində baş verən yanğın qonşu yaşayış binalara keçib.

Evlərin sakinləri əvvəlcədən təxliyyə olunublar.

Trend-in hadosə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıda hündürmərtəbəli binadan ətraf yaşayış evlərinə keçən yanğın lokallaşdırılıb.

Bakı Metropoliteninin "28 May" stansiyasının arxasındakı bazarın yanında tikilməkdə olan hündürmərtəbəli binanın 4 mərtəbəsində yanğın baş verib. Bu barədə Trend-ə şahidlər məlumat veriblər.

Məlumata görə, hava küləkli olduğundan yanğın tez bir zamanda ətrafa yayılır.

Hazırda 10 yanğınsöndürən maşın hadisə yerindədir, yanğının Dəmiryol Vağzalına keçməsinin qarşısı alınır.

Trend-in məlumatına görə, yanğının həmin binanın yanında 2-3 mərtəbəli köhnə tikililərə keçmə ehtimalı böyük olduğundan sakinlər təxliyyə olunub.

Təcili tibbi yardım briqadası da artıq hadisə yerindədir.

İlkin məlumata görə, yanğına binada işləyən fəhlələrin məsuliyyətsizliyi səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın binadakı taxta konstruksiyalarda baş verib. Havanı küləkli olması yanğının qarşısını almağı çətinləşdirir.

Trend-in hadisə yerində olan əməkdaşı məlumat verir ki, yanğın lokallaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti