...

Bakıda sərnişin avtobusunda baş verən qəzada xəsarət alanlardan 3-ü evə buraxılıb

Hadisə Materials 18 Aprel 2013 11:13 (UTC +04:00)
Ötən gün Bakıda 189 şaylı sərnişin avtobusunda baş verən qəza nəticəsində xəsarət alanlardan artıq 3-ü evə buraxılıb.
Bakıda sərnişin avtobusunda baş verən qəzada xəsarət alanlardan 3-ü evə buraxılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ötən gün Bakıda 189 şaylı sərnişin avtobusunda baş verən qəza nəticəsində xəsarət alanlardan artıq 3-ü evə buraxılıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Xəlil Məmmədov cümə axşamı Trend-ə bildirib ki, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Həmin şəxslər 41 yaşlı Baxışov Akif Feyruz oğlu, 23 yaşlı Əliyeva Təranə Əlibaba qızı, 52 yaşlı Vasiliyeva Liliya Nikolayevna, 1962-ci il təvəllüdlü Nəsirova Gülnarə Faiq qızı, 1985-ci il təvəllüdlü Musayev Ruslan Musa oğludur. Yüngül xəsarətlər aldıqları üçün həmin xəstələrdən Baxışov Akif Feyruz oğlu, Əliyeva Təranə Əlibaba qızı, Musayev Ruslan Musa oğlu evə buraxılıb. Qalan iki xəstə isə hazırda xəstəxanada müalicə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti