...

Tovuzda qəzada ölmüş qadının kimliyi müəyyən edilib

Hadisə Materials 1 May 2013 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Tovuzda 10 gün əvvəl baş verən qəzada ölmüş şəxsin kimliyi müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də İlqar Hüseynovun idarə etdiyi "QAZ-3110" markalı avtomaşını Ağstafa-Bakı sərnişin qatarına vurması nəticəsində hadisə yerində ölənin şəxsiyyəti müəyyən edilib.

O, Tovuz rayon sakini Aytən Nəcəfova olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti