Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/
Tovuz rayon sakinindən marixuana, Bakı sakinindən isə heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ellada Tağıyevadan 2 kiloqram 140 qram marixuana götürülüb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Əliyevdən 273,179 qram heroin götürülüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.