Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/
Bakıda intihar hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə ötən gecə rayon ərazisində yerləşən istirahət parklarından birində qeydə alınıb.
Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Aslanov Nurəddin Güloğlan oğlu parkın ərazisində ağacdan özünü asıb. Özünə qəsdin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bakının istirahət parkında intihar hadisəsi
Bakıda intihar hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə ötən gecə rayon ərazisində yerləşən istirahət parklarından birində qeydə alınıb.
