...

Suriyada hökumət qüvvələrinin əməliyyatları nəticəsində 96 nəfər ölüb

Hadisə Materials 8 May 2013 07:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Suriyada rejimə bağlı ordu birləşmələrinin keçirdiyi əməliyyatlar nəticəsində 96 nəfərin öldüyü bildirilir.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, Suriya İnsan Hüquqları Təşkilatı hökumət qüvvələrinin hava və qurudan silahlı müxaliflərə qarşı həyata keçirdiyi hücumlar nəticəsində Dərada 33, Dəməşq ətrafında 28, Hələbdə 9, Humsda 7, İdlibdə 6, Kuneytrada 5, Həma ilə Deyruz Zorda hər birində 3 və Rakka şəhərində 2 olmaqla 96 nəfərin həyatını itirdiyini bildirir.

Bu arada Suriya Milli İnqilab Şurası hökumət qüvvələrinin Dəməşqin şərq bölgələrinə raket və top atəşləri açdığı, Azad Suriya Ordusunun isə hərbi nəzarət məntəqələrinə hücum etdiyi barədə məlumat verib.

Dəməşqin böyük bir hissəsində elektrik və internetin kəsildiyini bildirən Şura başda Hələb olmaqla bir çox şəhərlərdə iki ordu arasında şiddətli silahlı qarşıdurmaların baş verdiyini qeyd edib.

Digər tərəfdən, Dəməşqin cənubunda yerləşən Dəra şəhərinin Şeyx Miskin qəsəbəsində 12 nəfərin basdırıldığı kütləvi məzar tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti