...

Pakistandakı terror aktı nəticəsində 6 nəfər ölüb, 46 nəfər yaralanıb

Hadisə Materials 13 May 2013 03:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Pakistanın cənubi-qərbində baş vermiş terror aktı nəticəsində 6 nəfər ölüb, 46 nəfər yaralanıb. Trend xəbər verir ki, bu barədə "Frans Press" agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

Terrorçu-intiharçı Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində yerli polis rəisinin evinin yaxınlığında partlayıcı maddələr yüklənmiş avtomobildə partlayıcı qurğunu işə salıb.

"Ən azı iki polis əməkdaşı, 3 hərbçi və yolu keçən bir nəfər ölüb", - yerli hökumət nümayəndəsi Əkbər Durrani bildirib.

Məlumata görə, polis rəisi xəsarət almayıb.

Hələ heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti