...

Müdafiə Nazirliyinin daha bir əsgəri özünü güllələyib

Hadisə Materials 16 May 2013 10:01 (UTC +04:00)
Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin daha bir əsgəri özünü güllələyib

Azərbaycan, Bakı, 16 may /Trend müxbir İ.İzzət/

Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti