Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Aramsız yağan yağış Goranboy rayonunun bir sıra kəndlərində ciddi fəsadlara səbəb olub.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Kürəkçay, Qazançı, Goranlı, Gülməmmədli, Qırıxlı, Qarapirimli, Həmənli kəndləri ərazisində küləklə müşahidə olunan yağış həyatı iflic edib.
Günün ikinci yarısından etibarən həmin kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Leysan xarakterli yağış nəticəsində yolları, əkin sahələrini, evləri su basıb, çaylarda daşqın qeydə alınıb.
Bundan başqa, Goranboyun bir neçə kəndinə gedən yollar bağlanıb.