...

İki avtomobil toqquşdu, yaşlı qadın ölümdən qurtuldu (VİDEO)

Hadisə Materials 21 May 2013 16:54 (UTC +04:00)
Bakının mərkəzi küçələrinin birində iki minik avtomobili toqquşub. Yaşlı qadın son anda ölümdən qurtulub.
İki avtomobil toqquşdu, yaşlı qadın ölümdən qurtuldu (VİDEO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzi küçələrinin birində iki minik avtomobili toqquşub. Yaşlı qadın son anda ölümdən qurtulub.

Trend xəbər verir ki, "Nissan Teana" markalı minik avtomobili hərəkətdə olarkən yolayrıcında sağdan sürətlə gələn "Wolksvagen Polo" markalı digər minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra "Wolksvagen Polo" səkini də aşaraq yolun kənarındakı binaya çırpılıb, "Nissan Teana" isə istiqamətini 90 dərəcə dəyişərək yolun ortasında dayanıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.

Həmin an səkidə dayanmış yaşlı qadın toqquşan iki avtomobilin arasında olduğundan həyəcandan qaçmağa başlayaraq son anda ölümdən qurtulub.

Trend həmin avtomobil qəzasının videogörüntüsünü oxuculara təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti