...

Bakıda “yalançı bombalar” barədə məlumat verən şəxs yaxalanıb

Hadisə Materials 31 May 2013 12:59 (UTC +04:00)
Bakıda obyektlərə partlayıcı qurğular qoyulması barədə yalan məlumat vermiş İsmayıllı rayon sakini Ənvər Adıgözəlov saxlanılıb.
Bakıda “yalançı bombalar” barədə məlumat verən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/

Bakıda obyektlərə partlayıcı qurğular qoyulması barədə yalan məlumat vermiş İsmayıllı rayon sakini Ənvər Adıgözəlov saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 31-də saat 04.40 radələrində İsmayıllı rayon sakini Ənvər Adıgözəlov mobil telefonla DİN-in "102 Zəng Xidməti"nə zəng edərək paytaxtın Nizami rayonu ərazisindəki "Bağırov körpüsü"nə, Xətai rayonu ərazisindəki "Xətai körpüsü"nə və Zabrat qəsəbəsinə gedən yoldakı "Sabunçu körpüsü"nə partlayıcı qurğular qoyulduğunu və bu məlumatın ona Asif adlı şəxsin "sms"lə ötürdüyünü bildirib.

Dərhal müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bilərəkdən yalan məlumat verən 1948-ci il təvəllüdlü Ə.Adıgözəlov saxlanılıb və onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti