Azərbaycan, Bakı, 4 iyun /Trend/
Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.
Məlumatda deyilir ki, Goranboy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli kürsülü 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 56 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, Ağcabədi rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 15:09-da yanğınsöndürənlər tərəfindən söndürülü.
Eyni zamanda, Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 8 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha kol-kos sahəsi yanıb.
Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.