...

Azərbaycanda meşəbəyini qətlə yetirən müəllimə hökm oxunub

Hadisə Materials 12 İyun 2013 12:47 (UTC +04:00)
Lənkəran Ağır Cinayətlər Məhkəməsində meşbəyinin qətlində təqsirli bilinən Lənkəran rayonunun Diryən kənd sakini, 1988-ci il təvəllüdlü Emin Fərzullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Azərbaycanda meşəbəyini qətlə yetirən müəllimə hökm oxunub

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Məmmədov/

Lənkəran Ağır Cinayətlər Məhkəməsində meşəbəyinin qətlində təqsirli bilinən Lənkəran rayonunun Diryən kənd sakini, 1988-ci il təvəllüdlü Emin Fərzullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Rafiq Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Fərzullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin dekabrın 26-da Lənkəran rayonunun Diryən kəndində müəllim işləyən Emin Fərzullayev meşəbəyi, 1971-ci il təvəllüdlü Zaman Kazımovu balta ilə vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq müəyyən edib ki, hər iki şəxs arasında mübahisə torpaq sahəsi üstündə yaranıb. Yaranan mübahisə sonda qanlı cinayətin baş verməsi ilə yekunlaşıb. Emin Fərzullayev Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti