...

İraq günə partlayışlarla başladı

Hadisə Materials 16 İyun 2013 13:04 (UTC +04:00)
İraqın müxtəlif şəhərlərində baş vermiş partlayışlar nəticəsində 5 nəfər ölüb, 38 nəfər yaralanıb.
İraq günə partlayışlarla başladı

Azərbaycan, Bakı, 16 iyun /Trend/

İraqın müxtəlif şəhərlərində baş vermiş partlayışlar nəticəsində 5 nəfər ölüb, 38 nəfər yaralanıb.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Bağdadın cənubundakı əl-Mahmudiyyə rayonunda avtomobilə yerləşdirilmiş bombanın işə düşməsi 1 nəfərin ölümünə, 5-nin isə yaralanmasına səbəb olub.

Məlumata görə, İraq polisinə məxsus xidməti avtomobilin yaxınlığında yerləşdirilmiş bomba yerli vaxtla saat 08:30 radələrində partlayıb. İki polis ölüb, bir polis və bir mülki vətəndaş xəsarət alıb.

Vasit şəhərinin əl-Əziziyyə və əl-Kut rayonlarında isə bomba yerləşdirilmiş iki avtomobilin partlaması nəticəsində 2 nəfər həlak olub, 31 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti