Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İzzət/
"Neftqaztikinti" Trestinin maşinisti dünyasını dəyişib.
ARDNŞ-dən Trend-ə verilən məlumata görə, iyunun 20-də saat 14:40 radələrində "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Texnika İdarəsində maşinist Əliyev İltifat Kamal oğlu özünün idarə etdiyi TQ-124 markalı borudüzən mexanizmin təkəri altında qalaraq dünyasını dəyişib.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü Əliyev İltifat 15 ildir (1998-ci ildən) borudüzən maşinist vəzifəsində işləyib.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.