...

PKK yaraqlıları Türkiyədə hərbi vertolyotu atəşə tutublar

Hadisə Materials 21 İyun 2013 17:14 (UTC +04:00)
Türkiyənin Hakkari vilayətində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ordusunun hərbi qulluqçularını daşıyan hərbi vertolyotu atəşə tutublar.
PKK yaraqlıları Türkiyədə hərbi vertolyotu atəşə tutublar

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hakkari vilayətində Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ordusunun hərbi qulluqçularını daşıyan hərbi vertolyotu atəşə tutublar. Bu barədə cümə günü Trend Türkiyə Silahlı Qüvvələrinin saytına istinadən məlumat verir.

Hərbi qulluqçular arasında diviziya və korpus komandirləri də olub. Vertolyot istiqamətində dörd atəş açılıb ki, onlardan biri hədəfə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, PKK yaraqlıları mayın 8-dən etibarən Türkiyə ərazisini tərk etməyə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti