...

Suraxanıda iki avtomobil toqquşub,ölən var

Hadisə Materials 25 İyun 2013 06:18 (UTC +04:00)
Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub.
Suraxanıda iki avtomobil toqquşub,ölən var

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda sahibi məlum olmayan "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı minik avtomobili toqquşub.

Nəticədə, minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Etibar Kamil oğlu İsgəndərov xəsarət alaraq hadisə yerində ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti