...

Azərbaycan Ordusunun əsgəri özünü ehtiyatsızlıqdan güllələyib

Hadisə Materials 28 İyun 2013 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin "N" saylı hərbi hissəsində 19 yaşlı əsgər Sünnət Kübar oğlu Dədəyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ayağından yaralanıb.

Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Məlumata görə, yaralı hazırda hərbi hospitaldadır və müvafiq müalicə alır.

Əsgər Dədəyevin Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti