...

Şamaxıda qanlı hadisə: Daşkəsən sakini qeyri-rəsmi arvadını qətlə yetirdi, qayınanasını yaraladı

Hadisə Materials 1 İyul 2013 15:15 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 30-da Şamaxı rayonu, Mədrəsə qəsəbəsinin ərazisində Daşkəsən rayon sakini Tələt Həmidov qısqanclıq zəminində bıçaqla qeyri-rəsmi nikah münasibətlərində olduğu Qotaz Nəzərovanı öldürüb. Bu az imiş kimi, Həmidov daha sonra onun anası Niyara da xəsarət yetirib.
Şamaxıda qanlı hadisə: Daşkəsən sakini qeyri-rəsmi arvadını qətlə yetirdi, qayınanasını yaraladı

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/

Şamaxıda qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını qətlə yetirmiş Daşkəsən rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 30-da Şamaxı rayonu, Mədrəsə qəsəbəsinin ərazisində Daşkəsən rayon sakini Tələt Həmidov qısqanclıq zəminində bıçaqla qeyri-rəsmi nikah münasibətlərində olduğu Qotaz Nəzərovanı öldürüb. Bu az imiş kimi, Həmidov daha sonra onun anası Niyara da xəsarət yetirib.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həmidov tutulub.

Hazırda törədilən qanlı hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti