...

Oğuzda Fransa vətəndaşını qarət etmiş məcburi köçkün həbs olunub

Hadisə Materials 4 İyul 2013 13:20 (UTC +04:00)
Oğuz polisi rayon ərazisində Fransa vətəndaşına məxsus əmlakı oğurlayan şəxsi həbs edib.
Oğuzda Fransa vətəndaşını qarət etmiş məcburi köçkün həbs olunub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

Oğuz polisi rayon ərazisində Fransa vətəndaşına məxsus əmlakı oğurlayan şəxsi həbs edib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon ərazisində oğurluqla məşğul olan şəxs saxlanılıb.

İyunun 27-dən 28-nə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən Oğuz şəhəri Veteranlar Parkının yaxınlığında yerləşən kafenin ərazisində şam ağaclığında gecələmək üçün bir nəfərlik üstüaçıq çadırda yatan Fransa Respublikasının vətəndaşı Penikavd Frederik Marieyə məxsus çantanın
içindən ona məxsus 230 avro dəyərində bir ədəd "Lumik" markalı video kamera, 430 avro dəyərində "Garmin Edg-705" markalı GPS cihazı, bir ədəd Master Card kredit kartı, ona məxsus 11CL23515 nömrəli pasport, 380 ABŞ dolları, 55 avro və 170 Azərbaycan manatı məbləğində nağd pul, 660 avro dəyərində mal gizli yolla talanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, Tarzan Məmmədov küçəsi 103-də yerləşən S.Vurğun adına Yaradıcılıq Evində məskunlaşmış məcburi köçkün Xudiyev Mahir Çərkəz oğlu şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223 və 224-cü maddələri rəhbər tutularaq saxlanılan şəxsə qarşı ittiham irəli sürülüb.

Faktla əlaqədar Oğuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti