Azərbaycan, Bakı, 4 iyul /Trend/
Bakıda intihara cəhdin qarşısı alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaş intihara cəhd məqsədi ilə dördmərtəbəli binanın damına çıxıb.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət nəticəsində intahara cəhdin qarşısı alınıb.