Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Tağıyeva/
İstanbulun mərkəzi rayonlarından biri Fatihdə sərnişin avtobusu idarəetmənin itirilməsi nəticəsində tarixi binaya çırpılıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verib.
Hadisə nəticəsində 20 nəfər yaralanıb ki, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
Sərnişinlərin sözlərinə görə, qəza avtobus sürücüsünün sükan arxasında yatması nəticəsində baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.