...

Azərbaycanda əsgər postda olarkən əsgər yoldaşını güllələyərək öldürüb

Hadisə Materials 20 İyul 2013 11:07 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri postda olarkən əsgər yoldaşını gülləyib.
Azərbaycanda əsgər postda olarkən əsgər yoldaşını güllələyərək öldürüb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını gülləyib.

Trend xəbər verir ki, Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissəsində əsgər, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov postda olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb.

Nəticədə güllə onun əsgər yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti