Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/
Zaqatalada baş verən avtomobil qəza zamanı bir nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 130 km-də Zaqatalanın Masex kəndi ərazisində qeydə alınıb.
Qax rayon Turaclı kənd sakini Babayev Adil Nadir oğlunun idarə etdiyi "34-BC-927" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Qaxın Zəyəm kənd sakini Abdurrahmanov Camal Şirin oğıu elə hadisə yerindəcə dünyasını dəyişib.
Avtomobilin sürücüsü və digər sərnişinlər - Qaxın Zəyəm kənd sakini Şamilov Ramil Rəsul oğlu, Lələpaşa kənd sakini Şirinov Ağakişi Ehtibar oğlu, Zəyəm kənd sakini Abdurrəhmanov Malik Camal oğlu və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal Zaqatala mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır hesab edilir.
Qedy edək ki, qəzaya düşən Qax rayon sakinləri Balakən rayonunda tikintidə işləyir. Onlar səhər saatlarında qəzaya düşən zaman Balakənə işə gedirmişlər. Qəzanın ilkin olaraq yüksək sürət və idarəetmənin itirlməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla əlaqədar baş dövlət yol polisi idarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.