...

Qaxda avtomobillə toqquşan motorellerin sürücüsü ölüb

Hadisə Materials 20 İyul 2013 14:35 (UTC +04:00)
Qaxda motorellerlə avtomobilin toqquşması nəticəsində motorellerin sürücüsü dünyasını dəyişib.
Qaxda avtomobillə toqquşan motorellerin sürücüsü ölüb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Qaxda motorellerlə avtomobilin toqquşması nəticəsində motorellerin sürücüsü dünyasını dəyişib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə Qax şəhərinin Vaqif Eyvazov küçəsində baş verib. Belə ki, küçə ilə hərəkətdə olan Qax rayonu Qaxingiloy kənd sakini, 1963-cü il təvəllüdlü Kitiaşvili Şenqeli Davidoviç idarə etdiyi "34-BC-449" dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə, yolu dönmək istəyən Qax şəhər sakini, 1964-cü il təvəllüdlü Abdullayev Fərman Baba oğlunun idarə etdiyi motorelleri vurub.

Qəza nəticəsində motorellerin sürücüsü Fərman Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən Fərman Abdullayev çörək sexində çörək daşımaqla məşğul olurmuş. Elə hadisə də çörək sexinin qarşısında baş verib.

Qəzanın baş vermə səbəbləri hələklik dəqiq bilinmir. Faktla əlaqədar Qax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti