Azərbaycan, Bakı, 28 iyul /Trend/
İspaniyada qatar qəzası zamanı xəsarət almış və bir neçə gündür ki, ağır vəziyyətdə olan yaralı ölüb. Trend-in İnterfak-a istinadən verdiyi məlumata görə, bununla da qəza nəticəsində ölənlərin sayı 79-a çatıb.
Məlumatda deyilir ki, ölənin adı hələ açıqlanmayıb.
Qeyd edək ki, İspaniyada baş vermiş qatar qəzasında 178 nəfər yaralanmış, 70-dən artıq insan həlak olmuşdu. Yaralılardan 22-i ağır vəziyyətdədir.
Xatıqladaq ki, bu günlərdə qatarın sürücüsünə qarşı cinayət işi qaldırılıb.