...

Bakının mebel sexində qətl hadisəsi baş verib

Hadisə Materials 1 Avqust 2013 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/

Bakının Binəqədi rayonunda mebel sexində qətl hadisəsi baş verib.

Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, mebel sexlərindən birində mişarçı işləyən Kərimov Cəlal Cəbrayıl oğlu ilə iş yoldaşı Rüfət Qəmbərov arasında mübahisə yaranıb. Nəticədə Kərimov Qəmbərovu öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti