...

Avtomobillərin yol “duel”i (VİDEO)

Hadisə Materials 5 Avqust 2013 15:23 (UTC +04:00)
Aparılan təhlillər göstərir ki, Bakıda baş verən yol-qəza hadisələrinin əksəriyyəti avtomobil sürücülərinin sürət həddini aşma, ötmə-manetretmə və yol ayrıclarını keçmə qaydalarını pozmaları nəticəsində baş verir.
Avtomobillərin yol “duel”i (VİDEO)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/

Aparılan təhlillər göstərir ki, Bakıda baş verən yol-qəza hadisələrinin əksəriyyəti avtomobil sürücülərinin sürət həddini aşma, ötmə-manetretmə və yol ayrıclarını keçmə qaydalarını pozmaları nəticəsində baş verir.

Həmin hadisələrə nəzər yetirdikdə bəzən insanda elə təəssürat oyanır ki, avtomobil sürücüləri həm özlərinin, həm də qarşılarındakıların qəsdinə dayanıblar.

Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində respublikada 1366 yol-nəqliyyat hadisəsi baş verib. Qeydə alınan hadisələr nəticəsində 556 nəfər ölüb, 1452 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində baş verən yol qəzalarının sayı 6 faiz, qəzalarda ölənləri sayı 27 faiz, yaralıların sayı isə 6 faiz artıb. Həmin hadisələr zamanı 43 azyaşlı uşaq ölüb, 126-sı isə yaralanıb.

Trend oxuculara həmin qəzaların bir neçəsinin videogörüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti