...

Bakının mərkəzində işlək mexanizmli bomba olması barədə məlumat təsdiqini tapmayıb

Hadisə Materials 10 Avqust 2013 14:07 (UTC +04:00)
102 zəng хidmətinə paytaxtın A.Nemətulla küçəsində bomba olması barədə məlumat verənin şəxsiyyəti müəyyən edilib.
Bakının mərkəzində işlək mexanizmli bomba olması barədə məlumat təsdiqini tapmayıb

Azərbaycan, Bakı, 10 avqust /Trend/

102 zəng хidmətinə paytaxtın A.Nemətulla küçəsində bomba olması barədə məlumat verənin şəxsiyyəti müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, avqustun 9-da saat 17:07-də Bakı şəhər sakini Mircavad Babayev mоbil telefonla 102 zəng хidmətinə A.Nemətulla küçəsi, ev 42-nin qarşısında işlək mexanizmi olan bomba olması barədə məlumat verib.

Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsinin əмəkdaşları tərəfindən ünvana baxış keçirilib, məlumat təsdiqini tapmayıb, ruhi xəstə olan M.Babayevin yararsız vəziyyətdə olan radioqəbuledicini partlayıcı qurğu zənn etməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti