...

İndoneziyada vulkan: 6 nəfər ölüb, 3 min nəfər təxliyyə olunub

Hadisə Materials 10 Avqust 2013 18:35 (UTC +04:00)
İndoneziya hakimiyyəti Rokatenda vulkanının püskürməsi səbəbindən Palue adasından təqribən 3 min nəfəri təxliyyə edib.
İndoneziyada vulkan: 6 nəfər ölüb, 3 min nəfər təxliyyə olunub

Azərbaycan, Bakı, 10 avqust /Trend/

İndoneziya hakimiyyəti Rokatenda vulkanının püskürməsi səbəbindən Palue adasından təqribən 3 min nəfəri təxliyyə edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Assoşieyted Press" agentliyinin məlumatına görə, vulkan püskürməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Ölənlərdən ikisinin uşaq olduğu deyilir.

Şənbə günü Şərqi Nusa-Tenqara vilayətində Rokatenda vulkanı püskürməyə başlayıb. KİV-in məlumatına görə, lava axını Rokirole kəndində bir neçə evi dağıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti